\\\ Azəri broker

fashion4

AZƏRBAYCAN   SIĞORTA   BROKERİ

Azəri-Broker sığorta brokeri müstəqil sığorta vasitəçisi kimi ölkəmizdə sığorta bazarında fəaliyyət göstərir və müştərilərə (fiziki və hüquqi şəxslərə, digər təşkilatlara və müəssisələrə) sığorta sahəsində öz xidmətlərini təkilf edir.

 

Sığorta brokerinin təklif etdiyi xidmətlərlə yararlanaraq Siz ölkəmizin sığorta bazarındakı ən son yeniliklərlə, yeni tətbiq edilən sığorta məhsulları ilə tanış ola bilərsiniz. Azəri-Broker ölkəmzidə fəaliyyət göstərən avropa standardlarına uyğun olan ən öndəgedən sığorta şirkətlərilə əməkdaşlıq edir və müştərilərin maraqlarını rəy və fikirlərini nəzərə alaraq, onlara hər bir sığorta şirkətinin məhsulları ayrı-ayrılıqda təqdim edir.

Azəri-Broker sizə həmçinin aşağıdakı xidmətləri təklif edir:

  • Sığorta qiymətləri haqqında təkliflərin hazırlanıb müştəriyə təqdim edilməsi;
  • Sığorta şirkəti haqqında müştəriyə yazılı və şifahi qaydada məlumatların verilməsi;
  • Sığorta müqaviləsi və digər mühasibat sənədlərinin hazırlanması və birbaşa müştəriyə təqdim edilməsi;
  • Bununla bağlı digər işlərin həyata keçirilməsi;
  • Qiymətləndirmə prosesinin təşkil edilməsi.

 

Azəri-Broker sığorta brokeri aşağıdakı sığorta növləri üzrə xidmətləri həyata keçirir:

  • Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
  • KASKO (könüllü) sığortası
  • Həyat sığortası
  • Səhhət (sağlamlıq) sığortası
  • Daşınar və daşınmaz əmlakın sığortası
  • Tibbi sığorta
  • Digər sığorta növləri

 

İstənilən sığorta növü üzrə hər hans bir sığorta hadisəsi baş verərsə sığorta brokeri müştərinin maraqlarının qorunmasını və sığorta ödənişinin həyata keçirilməsini təmin edir, və müştərinin istəyilə ehtiyac duyulduqda onun maraqlarını məhkəmədə müdafiə edir.

 

Sizi maraqlandıran bütün suallarla aşağıdakı əlaqə nömrələrinə müraciət edə bilərsiniz :

(012) 437 18 84

(012) 437 28 84

Cəfər Cəbbarlı küç. 44

Caspian Plaza 2/12