\\\ HAQQIMIZDA

 

            Bu gün Azərbaycan İnternet bazarında daima  yeniliklər baş verir, yeni saytlar sürətlə yayılmağa başlayır və bu saytlar maraqlı texniki imkanları ilə özlərinə çoxlu sayda müştərilər cəlb edirlər.

            www. busyworld.az  saytı  İnternet məkanında kataloq formatında hazırlanmış bir saytdır. Bu saytda müştərilər üçün geniş imkanlar yaradılmışdır. İnternet bazarında rəqiblərindən dizayn və texniki imkanlarına görə özünəməxsusluğu ilə seçilən İnternet səhifəmizdə şirkətlər və ya fiziki şəxslər özlərinə aid olan məlumatları yerləşdirə bilərlər.

            İnternet səhifəmizdə proqram dili “php” üzərində qurulmuşdur ki,  bu da öz növbəsində həm son vaxtlar ən çox istifadə edilən proqram dillərdəndir, həm də İnternet səhifəsinin  rahat və tez yüklənməsi üçün çox əlverişlidir.

               www. busyworld.az  saytının digər üstünlüklərindən biri də saytda müştərilər üçün təklif edilən müxtəlif əlverişli paketlərin mövcudluğudur.  Məsələn, müştərilər həm saytın ön səhifəsində yerləşdirilən reklam banerlərindən yararlana bilərlər, həm də onlar üçün hazırlanmış  premium səhifələrdə reklamlarını yerləşdirə bilərlər. Qeyd etmək istərdik ki, reklam müddəti ərzində onlar həmin  premium-səhifələrində özləri barədə  informasiyalar, həmçinin müxtəlif əlavələr, dəyişikliklər və çoxsaylı fotolar yerləşdirə bilərlər.

Özlərinə məxsus korporativ saytı olmayan müştərilər isə domen alaraq, özlərinin yeni saytını bizim premium-səhifələrə yerləşdirə bilərlər. Ödənilən  xidmət haqqından əlavə heç bir xərc çəkmədən müştərilər öz  saytlarına  sahib ola bilərlər.  

            İnternet bazarındakı üstünlüklərimiz:

1.Professional İT komandamız tərəfindən Sizlərə  reklam təkliflərinin hazırlanması;

2. Banerlərin Sizin zövqünüzə  uyğun formada hazırlanması;

3. Google Analytics –statistik göstəricilərinin mövcudluğu;

4. Ölkədaxili və xarici şirkətlərlə online chatonline call vasitəsilə əlaqə saxlamaq imkanı.

            İnternet səhifəmzidə yalnız ölkədaxili şirkətlər deyil, həmçinin dünyanın müxtəlif profilli iri və xırda şirkətlərinin  reklamları da öz əksini tapmaqdadır.

            Saytımız 3 dildə - Azərbaycan, rus və  ingilis dillərində fəaliyyət göstərir.